Главная > Dünya > İsrail ordusu Livandan 40-a yaxın raket buraxılışını qeydə alıb

İsrail ordusu Livandan 40-a yaxın raket buraxılışını qeydə alıb


31-08-2024, 10:30. Разместил: azadses
İsrailin Müdafiə Ordusu Livan ərazisindən ölkənin şimalında Qərbi Qalileyə 40-a yaxın raket buraxılışını qeydə alıb, mərmilərin bəziləri vurulub.

"Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb.

“Qərbi Qaliley bölgəsində saat 22:26-dan 23:02-dək (Bakı vaxtı ilə saat 23:26 və 00:02) sirenlər səsləndikdən sonra Livandan İsrail ərazisinə atılan 40-a yaxın mərmi müəyyən edilib. Mərmilərdən bəziləri vurulub və bir sıra düşmüş mərmilər müəyyən edilib”, - mətbuat xidmətinin məlumatında deyilir.

Hərbçilərin məlumatına görə, İsrail Ordusunun artilleriyası atəş mənbələrinə zərbələr endirib.


Вернуться назад