Главная > Dünya > ABŞ Xorvatiyaya HIMARS raketdən müdafiə sistemlərinin satışını təsdiqləyib

ABŞ Xorvatiyaya HIMARS raketdən müdafiə sistemlərinin satışını təsdiqləyib


31-08-2024, 09:42. Разместил: azadses
ABŞ Dövlət Departamenti Xorvatiyaya 390 milyon dollara səkkiz ədəd HIMARS raket kompleksi, raket və əlavə avadanlıqların satışını təsdiqləyib.

"Report"un məlumatına görə, bu barədə Pentaqonun mətbuat xidməti xəbər yayıb.

“Dövlət Departamenti Xorvatiya hökumətinə 390 milyon dollar dəyərində Yüksək Hərəkətli Artilleriya Raket Sistemləri (HIMARS) və müvafiq avadanlıq və xidmətlərin potensial xarici hərbi satışını təsdiqləmək qərarına gəlib”, - məlumatda bildirilir.

Razılaşmaya səkkiz ədəd HIMARS raket sistemi, 24 GMLRS raketi, nəqliyyat vasitələri, buraxılış və müvafiq avadanlıqlar, həmçinin texniki və logistik dəstək daxildir.


Вернуться назад