Главная > Dünya > Almaniyada qadın bıçaqla 5 nəfəri yaralayıb

Almaniyada qadın bıçaqla 5 nəfəri yaralayıb


31-08-2024, 08:54. Разместил: azadses
Almaniyanın qərbindəki Zigen şəhərində (Şimali Reyn-Vestfaliya federal ərazisi) qadının avtobusda bıçaqla hücumu nəticəsində azı 5 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Bild" qəzeti yazıb.

Nəşrin məlumatına görə, hadisə avqustun 30-da saat 19:40 (Bakı vaxtı ilə saat 21:40) radələrində baş verib. Xəsarət alanlardan üçünün vəziyyəti ağırdır.

Yaralılar xəstəxanalara çatdırılıb. Polisin məlumatına görə, avtobus festival üçün Zigenə gedirmiş. Hadisə zamanı avtobusda azı 40 sərnişin olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları bunun terror aktı olduğuna inanmırlar.

Hadisə yerinə polis əməkdaşları gəlib və qadın saxlanılıb.

Qadının 32 yaşı var, milliyyətcə almandır, ruhi xəstə və narkotikin təsiri altında ola bilər.

Şahidlər dindirilib, avtobusun digər sərnişinlərinə psixoloji yardım göstərilib.


Вернуться назад