Главная > Dünya > Malidə ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Malidə ağır yol qəzası olub, ölənlər və yaralananlar var


30-08-2024, 13:54. Разместил: azadses
Malinin qərbində avtobus və yük maşınının toqquşması nəticəsində azı 14 nəfər ölüb, 29 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi feysbuk səhifəsində məlumat yayıb.

Hadisə Fana-Bamako magistralının Binko kənd kommunasının Fuqani kəndi yaxınlığından keçən hissəsində qeydə alınıb.

Yaralananların 9-nun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Вернуться назад