Главная > Dünya > ABŞ və Polşa müdafiə nazirləri Ukraynaya yardımı müzakirə ediblər

ABŞ və Polşa müdafiə nazirləri Ukraynaya yardımı müzakirə ediblər


30-08-2024, 12:09. Разместил: azadses
ABŞ və Polşanın müdafiə nazirləri Lloyd Ostinlə Vladislav Kosiniyak-Kamış silahlı qüvvələrin modernləşdirilməsini və Ukraynaya yardımı müzakirə ediblər.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq yazılı açıqlamasında bildirib.

Məlumata görə, Vaşinqtonda keçirilən görüşdə nazirlər Polşanın müdafiə qabiliyyətinin modernləşdirilməsi, "Patriot" hava hücumundan müdafiə sistemi üçün buraxılış qurğularının birgə istehsalına dair son razılaşma barədə fikir mübadiləsi aparıblar.

Avqustun əvvəlində Polşa Milli Müdafiə Nazirliyi elan edib ki, “Patriot” zenit-raket kompleksləri üçün buraxılış qurğuları Polşada istehsal olunmağa davam edəcək. Avqustun 12-də Amerika şirkəti RTX (Raytheon Technologies Corporation) və Polşanın "Huta Stalowa Wola" şirkəti "Patriot"a daxil olan M903 buraxılış qurğusunun istehsalı üçün müqavilə imzalayıblar.


Вернуться назад