Главная > Dünya > Keçmiş məmur ABŞ-ı “Telegram”dan rejimlərə qarşı istifadə etməkdə ittiham edib

Keçmiş məmur ABŞ-ı “Telegram”dan rejimlərə qarşı istifadə etməkdə ittiham edib


29-08-2024, 15:31. Разместил: azadses
ABŞ “Telegram” platformasından etiraz hərəkatlarını səfərbər edərək arzuolunmaz rejimlərə qarşı istifadə edib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin keçmiş əməkdaşı Mayk Bens jurnalist Taker Karlsona müsahibəsində bildirib.

O qeyd edib ki, Vaşinqton siyasi qrupları və fəalları maliyyələşdirə və nisbi cəzasız olaraq on minlərlə insanı bu işə cəlb edə bilər: “Telegram Dövlət Departamentinin əlində çox güclü bir vasitədir və ona etiraz hərəkatlarını səfərbər etməyə imkan verir”.


Вернуться назад