Главная > Dünya > Britaniya və Almaniya ikitərəfli müdafiə sazişi üzrə danışıqlar aparır
Britaniya və Almaniya ikitərəfli müdafiə sazişi üzrə danışıqlar aparır28-08-2024, 11:19. Разместил: azadses |
Böyük Britaniya və Almaniya genişləndirilmiş müdafiə əməkdaşlığına dair saziş üzrə danışıqları payızda başa çatdırmağa ümid edirlər. "Report"un məlumatına görə, bu barədə Böyük Britaniyanın baş naziri Kir Starmerin Berlinə səfəri fonunda onun Ofisinin yaydığı məlumatda deyilir. "Böyük Britaniya və Almaniya arasındakı yeni müqavilə Britaniyanın Avropa ilə əlaqələrinin daha geniş şəkildə yenidən qurulmasının əsas elementi olacaq və hazırda iki ölkə arasında müzakirə olunan, payızda yekunlaşması gözlənilən müdafiə sazişinə əsaslanacaq", - məlumatda qeyd olunur. Вернуться назад |