Главная > Dünya > "Rumble" Fransada söz azadlığının olmaması səbəbindən fəaliyyətini dayandırır
"Rumble" Fransada söz azadlığının olmaması səbəbindən fəaliyyətini dayandırır27-08-2024, 09:41. Разместил: azadses |
"Rumble" Fransada söz azadlığının olmaması səbəbindən fəaliyyətini dayandırır. "Report" xəbər verir ki, bunu sosial şəbəkənin Kanada xidmətinin təsisçisi Kris Pavlovski "X" sosial şəbəkəsində Fransa Prezidenti Emmanuel Makronun "Telegram"ın yaradıcısı Pavel Durovun saxlanması ilə bağlı açıqlamasına münasibət bildirərkən bəyan edib. "Siz (Makron - red.) söz azadlığına sadiq olduğunuzu deyəndə yalan danışırsınız. Biz Fransada xidməti bağlamalı olduq", - o deyib. Pavlovski onu da bildirib ki, Durovun saxlanması ilə əlaqədar o, Avropa İttifaqının ərazisini tərk edib. Xatırladaq ki, Durov avqustun 24-də Parisin Le Burje hava limanına çatan zaman saxlanılıb. Ertəsi gün onun həbs müddəti 96 saata qədər uzadılıb. Fransa Prezidenti Emmanuel Makron bu qərarın siyasi olmadığını bildirib və hakimlərin qərarını gözləməyə çağırıb. Вернуться назад |