Главная > Dünya > Pakistanın Bəlucistan əyalətində 20-dən çox terrorçu zərərsizləşdirilib

Pakistanın Bəlucistan əyalətində 20-dən çox terrorçu zərərsizləşdirilib


27-08-2024, 08:53. Разместил: azadses
Pakistan ordusu və hüquq-mühafizə orqanları Bəlucistan əyalətində terror aktlarını dəf edərkən azı 21 silahlı öldürülüb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələri məlumat yayıb.

Bildirilib ki, toqquşmalarda 10 hərbçi və hüquq-mühafizə orqanlarının 4 əməkdaşı həlak olub.

Qeyd edək ki, Pakistanın Bəlucistan əyalətində yaraqlıların sərnişin avtobuslarına hücumu nəticəsində hərbi qulluqçular və hüquq-mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla, azı 51 nəfər ölüb.

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda azı 50 nəfərin ölümü ilə nəticələnən terror aktını kəskin şəkildə pisləyib.


Вернуться назад