Главная > Dünya > Londonda “Notting Hill” karnavalında 90 nəfər saxlanılıb

Londonda “Notting Hill” karnavalında 90 nəfər saxlanılıb


26-08-2024, 13:54. Разместил: azadses
Böyük Britaniyanın paytaxtı London şəhərində yerli polis “Notting Hill”də Afro-Karib dənizi mədəni karnavalının ilk günündən sonra 90 nəfəri saxlayıb.

“Report” xəbər verir ki, bu barədə Skotland-Yardın bəyanatında deyilir.

Polis bildirib ki, karnaval zamanı üç nəfər bıçaqlı hücuma məruz qalıb. Onlardan 32 yaşlı qadının həyatının təhlükədə olduğu bildirilib.

Saxlanılan şəxslər satış məqsədi ilə narkotik vasitələrin saxlanılması, təhlükəli silaha sahib olmaq, fövqəladə hallar xidmətinin əməkdaşlarına hücum, quldurluq və cinsi xarakterli cinayətlərdə şübhəli bilinirlər.

Bundan başqa 15 polis əməkdaşına hücum edilib. Təhlükəsizliyin təmin edilməsinə ümumilikdə 7 minə yaxın polis cəlb edilib.


Вернуться назад