Главная > Dünya > KİV: HƏMAS Qahirədəki məsləhətləşmələrdə ABŞ-nin təklifini rədd edib

KİV: HƏMAS Qahirədəki məsləhətləşmələrdə ABŞ-nin təklifini rədd edib


25-08-2024, 10:30. Разместил: azadses
Fələstinin HƏMAS radikal hərəkatının nümayəndələri Qahirədəki məsləhətləşmələrdə Qəzza zolağında münaqişənin həlli ilə bağlı ABŞ-nin irəli sürdüyü təklifi rədd etdiklərini bildiriblər.

"Report" xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bundan əlavə, HƏMAS İsrail qoşunlarının Qəzza zolağının Misirlə sərhədində Filadelfiya dəhlizi adlanan əraziyə, eləcə də anklavın şimal və cənub hissələrini ayıran Netzarim dəhlizinə yerləşdirilməsinə qarşı çıxıb.

Qeyd edək ki, avqustun 15-16-da Dohada Qəzza zolağında atəşkəsə nail olmaq və HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsinə dair danışıqlar aparılıb. Müzakirələrin ardından Misir, Qətər və ABŞ-nin birgə bəyanatında danışıqların müsbət atmosferdə keçdikləri qeyd edilib. Tərəflər Qahirədə məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər. Danışıqların yeni raundu zamanı ABŞ Qətər və Misirin dəstəyi ilə HƏMAS və İsrail arasında fikir ayrılıqlarını azalda biləcək bir təklif təqdim edib. Lakin HƏMAS bildirib ki, Amerika təşəbbüsü yalnız İsrailin maraqlarını nəzərə alır.


Вернуться назад