Главная > Dünya > Qəzza zolağında atəşkəs şəraiti gərginləşir: HƏMAS və İsrail arasında nə baş verir?

Qəzza zolağında atəşkəs şəraiti gərginləşir: HƏMAS və İsrail arasında nə baş verir?


24-08-2024, 15:39. Разместил: azadses
İsrailin Qəzza zolağında hərbi mövcudluğu və fələstinli məhbusların azad edilməsi ilə bağlı danışıqlarda atəşkəsə mane olan fikir ayrılıqları yaranıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi anonim Qərb diplomatlarına və Fələstinin HƏMAS qruplaşmasındakı mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, HƏMAS İsrailin Qəzzanın şimal və cənub hissələri arasında fələstinlilərin sərbəst hərəkətinə mane olan "Netsarim" dəhlizində hərbi mövqelərini saxlamaq tələbindən xüsusilə narahat olub. Bundan əlavə, Qəzza ilə Misiri ayıran Filadelfiya dəhlizindəki qoşunları barədə müzakirələr aparılıb.

Qəzza zolağında atəşkəs və israilli girovların ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə HƏMAS əsirliyindən azad edilməsinə dair növbəti dolayı danışıqlar avqustun 15-də Dohada keçirilməli idi. Lakin HƏMAS İsraili yeni tələblər irəli sürməkdə ittiham edərək iştirakdan imtina edib.

Daha sonra "Reuters" mənbələrə istinadən xəbər verib ki, İsrail tərəfi 100 fələstinli məhbusu HƏMAS-a təhvil verməkdən imtina edib. Buna cavab olaraq HƏMAS ABŞ-İsrail sənədini qəbul etməyib. Agentlik qeyd edib ki, müqavilənin imzalanmasına əsas maneələrdən biri girovların dəyişdirilməsi məsələsidir.


Вернуться назад