Главная > Dünya > Rusiya buğdanın ixrac rüsumunu artıracaq
Rusiya buğdanın ixrac rüsumunu artıracaq24-08-2024, 13:00. Разместил: azadses |
2024-cü il avqustun 28-dən Rusiyadan buğda və meslin (buğda və çovdar qarışığı) ixracı üzrə gömrük rüsumu hazırda qüvvədə olan bir ton üçün 828,4 rubla qarşı 908,5 rubla qədər artırılacaq. “Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, arpanın rüsumu yenidən sıfır olacaq. Qarğıdalı üçün tarif bir ton üçün 1 033,6 rubldan 701,4 rubla endiriləcək. Rüsumların hesablandığı göstərici qiymətlər bunlardır: buğda üçün - 214,6 dollar/ton, arpa - 177,7 dollar/ton, qarğıdalı üçün - 198,8 dollar/ton. Вернуться назад |