Главная > Dünya > ABŞ ordusu Yəmənin husilərə məxsus üç pilotsuz təyyarəsini vurub

ABŞ ordusu Yəmənin husilərə məxsus üç pilotsuz təyyarəsini vurub


23-08-2024, 12:08. Разместил: azadses
ABŞ ordusu Yəmənin “Ənsar Allah” hərəkatının husi üsyançılarına məxsus üç pilotsuz uçuş aparatını (PUA) vurub.

“Report”un məlumatına görə, bu barədə ABŞ ordusunun Mərkəzi Komandanlığı “X” sosial şəbəkəsində xəbər yayıb.

“Son 24 saat ərzində Mərkəzi Komandanlığın qüvvələri Qırmızı dəniz üzərində iki pilotsuz uçuş aparatını və Yəmənin husilərin nəzarətində olan bölgəsində bir PUA-nı uğurla məhv edib”, - paylaşımda bildirilir.


Вернуться назад