Главная > Dünya > Qəzzada avqustun əvvəlindən 250 min insan yaşayış yerini tərk edib
Qəzzada avqustun əvvəlindən 250 min insan yaşayış yerini tərk edib23-08-2024, 10:28. Разместил: azadses |
Avqust ayında Qəzza zolağında 250 min fələstinli döyüşlərdən qaçaraq yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb. “Report” xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinin “X” sosial şəbəkəsində dərc olunmuş bəyanatında deyilir. "İsrail hakimiyyəti avqust ayında Qəzzada təxminən 250 000 insanı əhatə edən 12 təxliyə əmri verib. Ailələr döyüşlərdə və yayın istisində əllərindən gələni özləri ilə apararaq daim hərəkətdədirlər", - məlumatda deyilir. Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, 200-dən çox insanı girov götürməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki məscidə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam blokadaya aldığını elan edərək, onu və Livan və Suriyanın müəyyən bölgələrini vurmağa başlayıb, bundan sonra Fələstin anklavında quru əməliyyatına başlayıb. Вернуться назад |