Главная > Dünya > Ermənistanın Müdafiə Nazirliyinin qulluqçusu bıçaqlanıb

Ermənistanın Müdafiə Nazirliyinin qulluqçusu bıçaqlanıb


23-08-2024, 08:52. Разместил: azadses
Ermənistanın Müdafiə Nazirliyinin qulluqçusu bıçaqlanıb.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə Əştərək rayonunda qeydə alınıb. Kirakos M. Əştərəkdəki supermarketlərdən birində 20 yaşlı Vazgen S. ilə mübahisə edib. Mübahisı zamanı Kirakos M. ona bıçaqla xəsarət yetirib.

Vazgen S. xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb. Kirakos M. saxlanılıb.

Məlumata görə, Vazgen S. Müdafiə Nazirliyinin qulluqçusudur.


Вернуться назад