Главная > Dünya > Çikaqoda hökumətin siyasətinə etiraz edən onlarla şəxs saxlanılıb

Çikaqoda hökumətin siyasətinə etiraz edən onlarla şəxs saxlanılıb


22-08-2024, 09:41. Разместил: azadses
ABŞ-nin İllinoys ştatının Çikaqo şəhərində hökumət siyasətinə qarşı keçirilən etiraz aksiyasında 55 nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Onların bəzilərinin İsrail konsulluğu yaxınlığında saxlanıldığı qeyd edilir.

Şəhər polisinin rəisi Larri Snellinq bildirib ki, etirazçılar ABŞ Demokratik Partiyasının qurultayının keçirildiyi yerdən təxminən 3 kilometr aralıda saxlanılıb.

Qeyd edək ki, avqustun 19-dan 22-dək Çikaqoda Demokratlar Partiyasının Milli Qurultayı keçirilir.


Вернуться назад