Главная > Dünya > Keniyada yol qəzasında 14 nəfər ölüb, 50-dən çox insan yaralanıb

Keniyada yol qəzasında 14 nəfər ölüb, 50-dən çox insan yaralanıb


21-08-2024, 14:40. Разместил: azadses
Keniyada avtobusun iştirakı ilə baş verən yol qəzasında 14 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə yerli “Nation” nəşri məlumat yayıb.

Bildirilib ki, Nakuru-Eldoret magistral yolu ilə hərəkət edən avtobusun sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini bir neçə avtomobilə çırpıb.

Nəticədə sərnişin avtobusu yol kənarındakı arxa düşüb. Sərnişinlərdən biri Roda Atienonun sözlərinə görə, avtobusda bütün səyahət boyu texniki problemlər yaranıb.

O, əlavə edib ki, sərnişinlər sürücüdən avtobusu dəyişdirməyi xahiş ediblər, lakin o, əvəzində avtomobili təmir etmək üçün mexanikin yanına gedib və daha sonra yoluna davam edib.


Вернуться назад