Главная > Dünya > İraq İŞİD-ə zərbə endirdi

İraq İŞİD-ə zərbə endirdi


20-08-2024, 15:29. Разместил: azadses
İraq təhlükəsizlik qüvvələri Diyala və Səlahəddin əyalətlərində, eləcə də Tərmiyə bölgəsində keçirdiyi əməliyyatlar zamanı İŞİD-in bir neçə sığınacağını məhv edib.

Bu barədə Oxu.Az Mehrnews.com-a istinadən xəbər verir.

Bu əməliyyatlar zamanı İraq qüvvələri, həmçinin Bağdadın qərbindəki Əbu-Qreyb bölgəsində bir terrorçunu saxlayıb.

Xatırladaq ki, 7 iyun 2014-cü ildə İraqa hücum edən və qısa müddət ərzində ölkənin təxminən 45%-ni ələ keçirməyi bacaran İŞİD 2017-ci ilin noyabrında məhv edilib, lakin o vaxtdan bu yana terror qruplaşmasının qalan üzvləri İraq və Suriyada mövcud olmaqla, vaxtaşırı terror aktları həyata keçirirlər.

İraq təhlükəsizlik qüvvələri İŞİD və onun qaçışda olan ünsürlərinin yenidən peyda olmasının qarşısını almaq üçün ölkə daxilində İŞİD-i axtarmağa, təmizləməyə və təqib etməyə davam edir.


Вернуться назад