Главная > Dünya > KİV: Ermənistan konyaklarının 90 %-nin təhlükəli olduğu aşkarlanıb
KİV: Ermənistan konyaklarının 90 %-nin təhlükəli olduğu aşkarlanıb20-08-2024, 08:00. Разместил: azadses |
Rusiya mağazalarında satılan erməni konyaklarının demək olar, 90 %-nin təhlükəli olduğu ortaya çıxıb, eyni zamanda məhsulların yarısında üzümdən hazırlanmayan spirtlər var. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Antikontrafakt” beynəlxalq assosiasiyası, Rusiya Federasiyasının Konyak, Spirtli içkilər və Alkoqollu Məhsullar İstehsalçıları İttifaqının birgə araşdırmasında deyilir. Tədqiqat üçün Ermənistanın 10 ən böyük istehsalçısından 20-dən çox brendin 200 konyak nümunəsi götürülüb. Nümunələr Rusiyanın əksər federal pərakəndə satış şəbəkələrinin mağazalarında alınıb, analiz üçün Ümumrusiya Pivə, Alkoqolsuz və Şərabçılıq Sənayesi Elmi-Tədqiqat İnstitutunun müstəqil laboratoriyasına təqdim edilib. "Onlardan 177-də, yəni 89 %-də, 10 nümunədən 9-da pozuntular aşkar edilib. Demək olar yarısında isə qeyri-üzüm mənşəli spirtlər aşkarlanıb. Üzüm mənşəli spirtlər isə içkini konyak edən məhz budur. Yalnız 23 nümunənin dövlət standartlarına və Rusiya Federasiyasının qanunvericiliyinə tam uyğun olduğu ortaya çıxdı", - araşdırmada deyilir. Вернуться назад |