Главная > Dünya > İndoneziya meymunçiçəyinə görə əcnəbilər üçün tibbi müayinəni sərtləşdirir

İndoneziya meymunçiçəyinə görə əcnəbilər üçün tibbi müayinəni sərtləşdirir


19-08-2024, 12:53. Разместил: azadses
İndoneziyanın Səhiyyə Nazirliyi meymunçiçəyi virusunun yayılmasının qarşısını almaq üçün xarici vətəndaşlar üçün tibbi müayinə prosedurlarını sərtləşdirməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə ANTARA agentliyi məlumat yayıb.

Nəşrin məlumatına görə, yeni tədbirlər ölkəyə gələn xarici dövlət rəsmilərinə də şamil olunacaq.

"Xüsusilə sərhədlərdə nəzarəti gücləndiririk və bütün xarici vətəndaşlar, o cümlədən məmurlar üçün sorğu anketi hazırlamışıq", - İndoneziya Səhiyyə Nazirliyinin sözçüsü Yudhi Pramono deyib.

Sorğu anketinə xəstəlik tarixi və səyahətin son təyinatı haqqında suallar daxildir. Beləliklə, İndoneziya hökuməti mümkün problemlərə daha yaxşı hazırlaşmaq üçün məlumat toplamağa ümid edir.


Вернуться назад