Главная > Dünya > Kuril adalarında yerləşən Ebeko vulkanı püskürüb
Kuril adalarında yerləşən Ebeko vulkanı püskürüb19-08-2024, 11:09. Разместил: azadses |
Vulkanoloqlar Böyük Kuril silsiləsinin Paramuşir adasındakı (Saxalin bölgəsi) Ebeko vulkanında 2 kilometr hündürlüyədək kül püskürülməsini qeydə alıblar. "Report" TASS agentliyinə istinadla bildirir ki, bu barədə jurnalistlərə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Ebeko vulkanı Paramuşirin şimal hissəsində yerləşir. Vulkanın hündürlüyü 1156 metrdir. 2016-cı il noyabrın ortalarında aktivləşən vulkan yüksək püskürmə ehtimalı ilə artan fəallığa malikdir. Вернуться назад |