Главная > Dünya > İsrailin Fələstinlə münaqişəsinin yeni dönəmində həlak olan hərbçilərinin sayı 691 nəfərə çatıb
İsrailin Fələstinlə münaqişəsinin yeni dönəmində həlak olan hərbçilərinin sayı 691 nəfərə çatıb18-08-2024, 14:52. Разместил: azadses |
İsrail ordusu Qəzza zolağında radikal Fələstin HƏMAS hərəkatına qarşı hərbi əməliyyatlar zamanı daha iki hərbçisinin öldüyünü təsdiqləyib. Bu barədə "Report" İsrailin Müdafiə Ordusunun mətbuat xidmətinə istinadən xəbər verir. Qüds briqadasının 8119 taburunun hərbçiləri - 34 yaşlı mayor Mordehay Yosef Ben Şlam və 34 yaşlı mayor Yotam İshak Perez Fələstin anklavının mərkəzi hissəsindəki döyüşlərdə ölüblər. Bu məlumatları nəzərə alaraq Qəzza zolağında İsrail ordusunun quru əməliyyatının başlanmasından bəri ölən əsgərlərin sayı 331-ə çatıb. İsrail-Fələstin münaqişəsinin yeni dönəmində həlak olanların ümumi sayı 691 nəfər olub. Вернуться назад |