Главная > Dünya > İsrail ordusu Cenində HƏMAS-ın iki yüksək rütbəli üzvünü öldürdüyünü bildirib
İsrail ordusu Cenində HƏMAS-ın iki yüksək rütbəli üzvünü öldürdüyünü bildirib18-08-2024, 09:40. Разместил: azadses |
İsrailin Müdafiə Qüvvələri Baş Təhlükəsizlik Xidməti ilə birlikdə İordan çayının qərb sahilinin Cenin şəhərində Fələstinin HƏMAS hərəkatının iki yüksək rütbəli üzvünün zərərsizləşdirildiyini açıqlayıb. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. “Cenində HƏMAS-ın iki yüksək rütbəli terrorçusu məhv edilib”, - xəbərdə qeyd olunur. Onların İordaniya vadisində atışmanın planlaşdırılmasında iştirak etdikləri vurğulanıb. Mətbuat xidmətinin məlumatına görə, zərərsizləşdirilmiş HƏMAS üzvlərindən biri terror aktlarında iştirakda ittiham edilib. O, partlayıcı qurğuların istehsalı ilə məşğul olub. Fələstin hərəkatının digər üzvü HƏMAS-ın hərbi infrastrukturuna cavabdeh imiş. Вернуться назад |