Главная > Dünya > Harrisin qərargahı bəzi ştatlarda kampaniyaya 370 milyon dollar xərcləyəcək

Harrisin qərargahı bəzi ştatlarda kampaniyaya 370 milyon dollar xərcləyəcək


18-08-2024, 08:00. Разместил: azadses
Ən yüksək dövlət vəzifəsi uğrunda mübarizə aparan ABŞ-nin vitse-prezidenti Kamala Harris payızda seçkilər ərəfəsində bəzi ştatlarda reklamlara 370 milyon dollar xərcləməyi planlaşdırır.

"Report"un məlumatına görə, bu barədə "The New York Times" yazıb.

“Harrisin qərargahı televiziya reklamına 170 milyon dollar xərcləmək niyyətindədir, qalan 200 milyon dollar isə rəqəmsal tanıtım vasitələrinə yönəldiləcək, 2024-cü ildə müasir kampaniyamız var”, - seçki kampaniyası rəhbərinin müavini Kventin Fulks nəşrə bildirib.

“Pensilvaniya və Viskonsin ştatlarında onların xərcləri iki dəfə, Corciyada dörd dəfə, Nevada ştatında isə altı dəfə baha olacaq”, - o deyib.


Вернуться назад