Главная > Dünya > Alimlər pəhrizlə bağlı məşhur mifi təkzib ediblər

Alimlər pəhrizlə bağlı məşhur mifi təkzib ediblər


17-08-2024, 14:52. Разместил: azadses
ABŞ-nin Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, kalori qəbulunu azaltmaq fiziki gücün tükənməsinə səbəb olmur.

"Report" xəbər verir ki, tədqiqatın nəticələri "Physiology & Behavior" jurnalında dərc olunub.

Təcrübəni keçirmək üçün alimlər geni dəyişdirilmiş adi laboratoriya siçanlarından istifadə ediblər. İlk üç həftə ərzində alimlər hər bir heyvan üçün qaçış fəaliyyətinin və kalori qəbulunun ilkin səviyyəsini müəyyən etmək üçün monitorinq aparıblar.

Tədqiqatçılar müəyyən ediblər ki, siçanlar pəhrizdəki dəyişikliklərə davamlıdırlar - onların fiziki aktivlik səviyyəsi eyni olaraq qalır. Sonrakı təcrübələr göstərib ki, gəmiricilərin gündəlik kalori qəbulu 40 % azaldıqda belə qaçış sürəti azalmayıb.

Alimlərin fikrincə, bu nəticələr məşhur mifin əksinə olaraq pəhrizin fiziki gücü tükəndirmədiyini göstərir. Onlar ümid edirlər ki, işlərinin nəticələri arıqlamağa çalışan insanları idmana davam etməyə həvəsləndirə bilər.


Вернуться назад