Главная > Dünya > Fələstində poliomielitə ilk yoluxma qeydə alınıb

Fələstində poliomielitə ilk yoluxma qeydə alınıb


17-08-2024, 08:00. Разместил: azadses
Fələstində poliomielitə ilk yoluxma qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi feysbuk səhifəsində məlumat yayıb.

Deyr əl-Balah şəhərində peyvənd olunmamış 10 aylıq körpə bu xəstəliyə yoluxub.

Onun analizləri tədqiqat üçün Əmmana göndərilib və burada diaqnoz təsdiqini tapıb.

Fələstinin Səhiyyə Nazirliyi beynəlxalq ictimaiyyəti mümkün qədər tez müdaxilə etməyə və İsrailin Qəzza zolağına hücumlarını dərhal dayandırmağa çağırıb: “Bu, Qəzzada səhiyyə sektorunda fəlakətə və müxtəlif xəstəliklərin epidemiyalarının yayılması üçün əlverişli mühitin yaranmasına səbəb ola bilər”.

Bundan əvvəl HƏMAS ÜST və BMT-nin Uşaq Fondunun (UNICEF) anklavda uşaq iflicinə qarşı peyvənd məqsədilə Qəzza zolağında 7 günlük atəşkəsin yaradılması təşəbbüsünü dəstəklədiyi bildirilib.


Вернуться назад