Главная > Dünya > Pol Uotsonun həbs müddəti uzadıldı: "Greenpeace" təsisçisinin taleyi Qrenlandiyada həll ediləcək
Pol Uotsonun həbs müddəti uzadıldı: "Greenpeace" təsisçisinin taleyi Qrenlandiyada həll ediləcək16-08-2024, 16:29. Разместил: azadses |
Qrenlandiyanın Sermersuk Rayon Məhkəməsi avqustun 15-də beynəlxalq ətraf mühit təşkilatı "Greenpeace"in təsisçilərindən biri Pol Uotsonun həbs müddətini sentyabrın 5-dək uzadıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Qrenlandiya polisi məlumat yayıb. Xatırladaq ki, Uotson Yaponiyanın tələbi ilə iyulun 21-də adanın ən böyük şəhəri Nuukda saxlanılıb. Ona qarşı 2010-cu ildə "yapon balina ovçularına hücum etmək və onların işinə mane olmaq" ittihamı irəli sürülüb. Qeyd edək ki, Uotson 1977-ci ildən "Greenpeace"dən qovulub. Təşkilat onu ekoterrorizmdə ittiham edib. Вернуться назад |