Главная > Dünya > Nyu-York meri və komanda üzvləri məhkəməyə çağırılıb
Nyu-York meri və komanda üzvləri məhkəməyə çağırılıb16-08-2024, 14:53. Разместил: azadses |
Nyu-York meri Erik Adams və komandasının üzvləri korrupsiyada mümkün əllərinin olması ilə bağlı federal araşdırmanın bir hissəsi olaraq çağırış vərəqələri alıblar. “Report” xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb. Hüquq-mühafizə orqanları hesab edir ki, Adams guya 2021-ci ildə seçki kampaniyası üçün vəsait toplayarkən Türkiyə hakimiyyətinin nümayəndələrindən də qeyri-qanuni ianələr almış ola bilər. Federal prokurorlar merdən “geniş informasiya, o cümlədən yazışmalar və sənədlər” almağı gözləyirlər. Adams və köməkçilərinin iş səfərləri ilə bağlı məlumatlar da onları maraqlandırır. Erik Adamsla bağlı federal təhqiqat 2023-cü ilin payızında, Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri onun elektron cihazlarını ələ keçirdikdə və həmçinin onun seçki kampaniyası üçün vəsait toplamaqdan məsul olan Brianna Saqqsın evində axtarış apardıqda məlum olub. Adamsın özü qanunsuzluqda hər hansı mümkün iştirakını inkar edib və onun seçki kampaniyasının Amerika qanunlarına uyğun olduğunu bildirib. “Biz merin qanunsuz davranışına dair heç bir dəlil tapmadıq. Əksinə, federal ittiham nəzəriyyəsini təkzib edən ciddi sübutlarımız var. Biz bu araşdırmanın tez və ədalətli həllini gözləyirik”- Adamsın vəkilləri “The New York Times”a göndərdikləri bəyanatda bildiriblər. Вернуться назад |