Главная > Dünya > Rusiyada miqrantların yazılı imtahanları videoya çəkilə bilər

Rusiyada miqrantların yazılı imtahanları videoya çəkilə bilər


16-08-2024, 14:00. Разместил: azadses
Rusiyaya işləməyə gələn miqrantların rus dili, tarixi və əsas qanunvericilik fənləri üzrə verdiyi yazılı imtahanlar videoya çəkilə bilər.

“Report” xəbər verir ki, bu barədə “İzvestiya” Təhsil Nazirliyinin göstərişinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, yeni təklif korrupsiya risklərini azaltmaq məqsədi daşıyır. Odur ki, miqrantlar üçün nəzərdə tutulan imtahanın yazılı hissəsində məcburi şəkildə videoçəkilişdən istifadə edilə bilər.

Qəzet vurğulayıb ki, “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında” qanuna dəyişiklik edilməsi təklif edilir ki, bunun məqsədi miqrantların Rusiyada qalmalarını leqallaşdırmaq üçün akademik məzuniyyətdən istifadə etmələrini istisna etmək olacaq.

Qubernatorlar patent əsasında əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin işə götürülməsinə tam və ya qismən qadağa qoyulmasının məqsədəuyğunluğu məsələsində işəgötürənlərlə birlikdə işləməyə dəvət olunub. Hazırda onu Azərbaycan, Moldova, Tacikistan, Özbəkistan vətəndaşları, eləcə də Estoniya və Latviya vətəndaşı olmayanlar almalıdırlar.


Вернуться назад