Главная > Dünya > Tayvan sahillərində 6,1 bal gücündə zəlzələ olub
Tayvan sahillərində 6,1 bal gücündə zəlzələ olub16-08-2024, 13:02. Разместил: azadses |
Tayvan sahillərində Rixter cədvəli üzrə 6,1 bal gücündə zəlzələ qeydə alınıb. “Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri 350 min insanın yaşadığı Hualyan şəhərindən 27 km cənub-şərqdə, ocağı isə yer səthindən 15 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb. Вернуться назад |