Главная > Dünya > Ekvador polisi bir tondan çox kokainin Avropaya göndərilməsinin qarşısını alıb

Ekvador polisi bir tondan çox kokainin Avropaya göndərilməsinin qarşısını alıb


16-08-2024, 09:41. Разместил: azadses
Ekvadorun hüquq-mühafizə orqanları cinayətkarların Niderlanda göndərməyi planlaşdırdıqları bir tondan çox kokaini müsadirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Latın Amerikası ölkəsinin polisi “X”də məlumat verib.

Qeyd olunub ki, Ekvadorun liman sistemində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 1 tondan çox kokain müsadirə edilib.

Belə ki, Niderlanda göndərilən konteynerə baxış nəticəsində qadağan olunmuş maddələr aşkar edilib və cinayət şəbəkəsi ilə əlaqəsi olan 4 nəfər saxlanılıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, müsadirə edilən yükün qara bazarda dəyəri 45 milyon dollardan çoxdur.


Вернуться назад