Главная > Dünya > Qərbi Afrikada daşqınlar nəticəsində 70-dən çox adam ölüb
Qərbi Afrikada daşqınlar nəticəsində 70-dən çox adam ölüb15-08-2024, 17:17. Разместил: azadses |
Şiddətli yağışlar nəticəsində Qərbi və Mərkəzi Afrikada baş verən daşqınlar 70-dən çox insanın həyatına son qoyub, 699 nəfər müxtəlif dərəcəli xəsarət alıb və 700 mindən çox insan zərər çəkib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu məlumatı BMT yayıb. Hesabata görə, daşqınlar nəticəsində 72 nəfər həlak olub, 62 min yaşayış binası dağılıb. Təbii fəlakət Qvineya, Konqo Demokratik Respublikası, Kot-d'İvuar, Liberiya, Mali, Nigeriya, Toqo və Çadı əhatə edib. BMT fəlakətin əsas səbəbini qlobal iqlim dəyişikliyinin nəticələrində görür və dünya ictimaiyyətini aclıq təhlükəsi ilə üzləşmiş insanları xilas etmək üçün təcili tədbirlər görməyə çağırır. daşqın Вернуться назад |