Главная > Dünya > İsrail ordusu: Livandan yeni atəş qeydə alınıb

İsrail ordusu: Livandan yeni atəş qeydə alınıb


15-08-2024, 10:30. Разместил: azadses
İsrail hərbçiləri Livan ərazisindən ölkənin şimal rayonlarını yeni atəşi qeydə alıblar.

"Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb.

Məlumata görə, atəşə görə hava hücumu xəbərdarlığı elan edilib, mərmilər yaşayış olmayan əraziyə düşüb.

Ordu hansı bölgənin vurulduğunu dəqiqləşdirməyib. “Ynet” portalının məlumatına görə, sərhəddəki Kiryat Şmona şəhəri yaxınlığında atəşə tutulmazdan əvvəl hava xəbərdarlığı elan edilib və ümumilikdə həmin istiqamətdə 10-a yaxın raket atılıb.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.


Вернуться назад