Главная > Dünya > Makron qırıcıların toqquşması zamanı iki pilotun öldüyünü təsdiqləyib
Makron qırıcıların toqquşması zamanı iki pilotun öldüyünü təsdiqləyib15-08-2024, 08:53. Разместил: azadses |
Fransa prezidenti Emmanuel Makron avqustun 14-də “Rafale” qırıcı təyyarələrinin toqquşması nəticəsində iki pilotun öldüyünü təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Fransa lideri "X" sosial şəbəkəsində yazıb. "Kapitan Sebastien Mabir və leytenant Matis Loransın “Rafale” təyyarələrində təlim uçuşu zamanı qəza nəticəsində ölümü xəbərini dərin kədərlə öyrəndik", - paylaşımda qeyd edilir. O, həlak olan pilotların ailələrinə və həmkarlarına başsağlığı verib. Вернуться назад |