Главная > Dünya > Ekvadorda mədən yaxınlığında qruplaşmaların toqquşmasında 5 nəfər ölüb

Ekvadorda mədən yaxınlığında qruplaşmaların toqquşmasında 5 nəfər ölüb


14-08-2024, 13:00. Разместил: azadses
Ekvadorun cənubunda mədən yaxınlığında qruplaşmanın toqquşması nəticəsində azı 5 nəfər ölüb, 3 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə ölkə polisi sosial şəbəkədə bildirib.

“Çərşənbə axşamı səhər saatlarında Asuay əyalətinin Kamilo-Ponse-Enrikes kantonunda mədəndə mütəşəkkil cinayətkar qrupların üzvləri arasında baş verən qarşıdurma 5 nəfərin ölümünə səbəb olub. Üç nəfər yaralanıb”, – məlumatda deyilir.

Hüquq-mühafizə orqanları hadisədə iştirak edənləri axtarır.


Вернуться назад