Главная > Dünya > ABŞ Qırmızı dənizdə husilərə məxsus iki gəmini məhv edib

ABŞ Qırmızı dənizdə husilərə məxsus iki gəmini məhv edib


14-08-2024, 11:19. Разместил: azadses
ABŞ ordusu son 24 saat ərzində Qırmızı dənizdə Yəmənin “Ənsar Allah” hərəkatının (husilər) üsyançılarının iki gəmisini məhv edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının mətbuat xidməti sosial şəbəkədə bildirib.

“Son 24 saat ərzində CENTCOM [ABŞ Mərkəzi Komandanlığı] qüvvələri Qırmızı dənizdə İranın dəstəklədiyi iki husi gəmisini məhv edib”, – komandanlığın sosial şəbəkə hesabında diqqətə çatdırılıb.


Вернуться назад