Главная > Dünya > AEBA-nın ekspertləri ZAES-dəki yanğının səbəbini açıqlamayıb

AEBA-nın ekspertləri ZAES-dəki yanğının səbəbini açıqlamayıb


14-08-2024, 09:41. Разместил: azadses
Zaporojye AES-in soyuducu qülləsində təkrar yoxlamadan sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) yanğının səbəbini açıqlamayıb.

“Report” xəbər verir ki, bəyanatın mətni qurumun saytında dərc olunub.

“Toplanan sübutlar ilkin yanğının soyuducu qüllənin dibindən başlaması ehtimalının az olduğunu göstərən qiymətləndirməmizi dəstəkləyir”, – hesabatda deyilir.

Qeyd olunur ki, mütəxəssislərə soyuducu qüllənin içindən çəkilmiş foto və videolar nümayiş etdirilib. Üzərlərində “yad əşyalar və ya materiallar” görməyiblər.

Xatırladaq ki, avqustun 11-də Rusiya Silahlı Qüvvələrinin nəzarətində olan Zaporojye AES-in üzərində qatı tüstü müşahidə olunub. Ukrayna və Rusiya tərəfləri bir-birini təxribatda ittiham edib.


Вернуться назад