Главная > Dünya > Banqladeşdəki iğtişaşların arxasında hansı dövlətin dayandığı bəlli oldu

Banqladeşdəki iğtişaşların arxasında hansı dövlətin dayandığı bəlli oldu


12-08-2024, 17:12. Разместил: azadses
Banqladeşin keçmiş baş naziri Şeyx Hasina Benqal körfəzindəki Sent-Martin adasını ABŞ hərbi bazası üçün Vaşinqtona verməkdən imtina etdiyinə görə hakimiyyətdən devrildiyini hesab edir.

Oxu.Az xəbər verir ki, bu barədə "Economic Times" qəzeti Hasinanın yaxın çevrəsinə istinadən yazır.

Nəşrin mənbələri keçmiş baş nazirdən sitat gətirir: "Sent Martinin suverenliyindən imtina edərək və Birləşmiş Ştatlara Benqal körfəzi üzərində nəzarəti verməklə hakimiyyətdə qala bilərdim".

Hasina bildirib ki, o, iğtişaşların artmasının qarşısını almaq üçün istefa verib.

Qeyd edək ki, keçmiş baş nazir hazırda Hindistana sığınıb.

Banqladeşdə iğtişaşlar

Вернуться назад