Главная > Dünya > Avstraliyada helikopter hotelə çırpılıb, xəsarət alanlar var

Avstraliyada helikopter hotelə çırpılıb, xəsarət alanlar var


12-08-2024, 13:55. Разместил: azadses
Avstraliyanın Kernse (Kvinslend ştatı) şəhərində helikopterin hotel binasına çırpılması nəticəsində azı iki nəfər yaralanıb.

“Report”un məlumatına görə, bu barədə ABC telekanalı xəbər verib.

Məlumata görə, hadisə zamanı binada olan iki nəfər sabit vəziyyətdə ən yaxın xəstəxanaya aparılıb. Qalan qonaqlar təxliyə edilib və yaxınlıqdakı hotelə yerləşdirilib.

Helikopterdə olan insanların sayı və onların vəziyyəti məlum deyil.

Şahidlərin sözlərinə görə, toqquşmadan sonra partlayış baş verib. Helikopterin dağıntılarının bir hissəsi hoteldəki hovuza düşüb. Kvinslendin təcili yardımının məlumatına görə, hadisə zamanı yerdə xəsarət alan olmayıb.

Qəzanın səbəbləri barədə məlumat verilmir. Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosu hadisənin başvermə şəraitini araşdırır.


Вернуться назад