Главная > Dünya > Polşadan Nyu-Yorka uçan təyyarə bomba xəbərinə görə geri qayıdıb

Polşadan Nyu-Yorka uçan təyyarə bomba xəbərinə görə geri qayıdıb


12-08-2024, 12:10. Разместил: azadses
Polşanın LOT aviaşirkətinin Varşavadan Nyu-Yorkdan 24 km aralıda yerləşən “Newark Liberty” Beynəlxalq Hava Limanına uçan təyyarəsi göyərtəsində bomba olması barədə yalan xəbərə görə Polşa paytaxtına qayıtmağa məcbur olub. Hadisə nəticəsində 8 nəfər saxlanılıb.

"Report"un xəbərinə görə, bu barədə aviadaşıyıcının mətbuat xidməti PAP agentliyinə və Varşava polisinə məlumat verib.

Qeyd edilir ki, Varşavadan ABŞ-yə LO11 reysini həyata keçirən təyyarənin göyərtəsində potensial təhlükə barədə siqnal aldıqdan sonra kapitan prosedura uyğun olaraq Varşavaya qayıtmaq qərarına gəlib. Polşa paytaxtına eniş etdikdən sonra bütün sərnişinlər təyyarədən təxliyə edilib, uçuş isə təxirə salınıb.

Hadisə ilə bağlı aparılan araşdırmalar nəticəsində polis 23-60 yaşlarında olan 8 nəfəri saxlayıb, onlara “təyyarədə bombanın olması barədə yalan xəbərdarlıq” ittihamı irəli sürülüb.


Вернуться назад