Главная > Dünya > “Hizbullah” bir gündə İsrailə qarşı 10 hərbi əməliyyat keçirdiyini bəyan edib

“Hizbullah” bir gündə İsrailə qarşı 10 hərbi əməliyyat keçirdiyini bəyan edib


11-08-2024, 13:54. Разместил: azadses
Livanın hərbiləşdirilmiş təşkilatı “Hizbullah” 24 saat ərzində İsrail Müdafiə Qüvvələrinə qarşı 10 hərbi əməliyyat keçirib.

“Report” xəbər verir ki, bu barədə təşkilatın bəyanatında deyilir.

Qeyd olunub ki, “Hizbullah” döyüşçüləri Livan-İsrail sərhədindəki vizual nəzarət sistemlərinə və İsrail ordusunun dörd bölük dayaq məntəqəsinə hücum ediblər.

Bundan başqa İsrail hərbçilərinin Tel-Şaar bölgəsində və Səfad şəhərinin cənub-qərbində yerləşən hərbi logistik bazaları pilotsuz uçan aparat ilə hücuma məruz qalıb.


Вернуться назад