Главная > Dünya > Kamala Harris gələn həftə öz seçki kampaniyasının platformasını açıqlayacaq

Kamala Harris gələn həftə öz seçki kampaniyasının platformasını açıqlayacaq


11-08-2024, 08:53. Разместил: azadses
ABŞ-ın vitse-prezidenti və prezidentliyə namizəd Kamala Harris müxbirlərə bildirib ki, gələn həftə öz seçki kampaniyasının platformasını açıqlayacaq.

“Report” xəbər verir ki, müvafiq suala Harrisin cavabı “Gələn həftə” olub.

Prezidentliyə namizəd qeyd edib ki, proqramda əsas diqqət iqtisadiyyata, daha doğrusu qiymətlərin aşağı salınması və iqtisadiyyatın gücləndirilməsinə yönəlmiş tədbirlərə olacaq.


Вернуться назад