Главная > Dünya > Rusiya ABŞ-la keçirdiyi hərbi təlimlərə görə Yaponiyaya etiraz edib

Rusiya ABŞ-la keçirdiyi hərbi təlimlərə görə Yaponiyaya etiraz edib


8-08-2024, 10:28. Разместил: azadses
Rusiya Yaponiya tərəfinə ölkənin Uzaq Şərq sərhədləri yaxınlığında təxribat xarakterli hərbi fəaliyyətin yolverilməzliyini qeyd edib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.

Qeyd olunub ki, avqustun 7-də Yaponiyanın Rusiyadakı səfirliyinə 18-26 iyul tarixlərində, o cümlədən Rusiyanın sərhədlərinə yaxın yerləşən Hokkaydo ərazilərində Yaponiya-Amerika birgə “Orient Shield” təlimi ilə əlaqədar sərt etiraz edilib.

Moskvada Yaponiya tərəfinə Rusiyanın təhlükəsizliyinə potensial təhdid kimi qiymətləndirilən Uzaq Şərq sərhədləri yaxınlığında təxribat xarakterli hərbi fəaliyyətin qəti şəkildə yolverilməzliyi qeyd edilib.

Vurğulanıb ki, Rusiya təlimlərlə bağlı müdafiə qabiliyyətini gücləndirmək üçün adekvat cavab tədbirləri görə bilər.


Вернуться назад