Главная > Dünya > Türkiyə Rusiyadan buğda tədarükünü artırıb

Türkiyə Rusiyadan buğda tədarükünü artırıb


7-08-2024, 10:29. Разместил: azadses
Türkiyə buğdanın xaricdən idxalını dayandırmazdan əvvəl Rusiyadan alışını bu ilin yanvar ayından etibarən maksimum 140,3 milyon dollara qədər artırıb.

Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.

Türkiyə hökuməti iyunun 21-dən oktyabrın 15-dək buğda idxalını dayandırıb. Qeyd olunub ki, bu, yerli istehsalçıların taxılın qiymətinin aşağı düşməsi nəticəsində zərər görməmələri üçün qorunmasına yönəlmiş tədbirlərdən biridir.

İyun ayında Rusiya Türkiyəyə buğda ixracını 11 % artıraraq 140,3 milyon dollara çatdırıb. Eyni zamanda, yayın əvvəlində Rusiya taxılın Türkiyəyə yeganə iri tədarükçüsü olaraq qalıb: ənənəvi olaraq əsas ixracatçılardan ikincisi olan Ukraynadan idxal səkkiz dəfə azalaraq 2,1 milyon dollara düşdü.

Ümumilikdə isə Türkiyə iyunda buğda idxalını 0,8 % azalaraq 143,8 milyon dollara endirib.
Вернуться назад