Главная > Dünya > Ağ Ev: İranı eskalasiyadan imtinaya inandırmağa davam edəcəyik
Ağ Ev: İranı eskalasiyadan imtinaya inandırmağa davam edəcəyik7-08-2024, 08:52. Разместил: azadses |
Birləşmiş Ştatlar Yaxın Şərqdəki vasitəçilərin köməyi ilə İranı sonrakı eskalasiyadan imtina etməyə çalışacaq. "Report"un məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib. O, əslində Yaxın Şərqdə gərginliyin qarşısını almaq üçün Vaşinqton və Tehran arasında birbaşa təmasların olması ilə bağlı suala cavab verməkdən yayınıb. "Biz İrana maraqlarımıza uyğun gələn zaman siqnal göndəririk", - bununla bağlı sualı cavablandıran Jan-Pyer deyib. "Biz İsraili müdafiə edəcəyimizi açıq şəkildə bildirdik, lakin münaqişənin eskalasiyasını və ya böyüməsini istəmirik. Əvvəldən bu mövqedə aydın idik", - Ağ Evin mətbuat katibi davam edib. “Biz bu siqnalı regiondakı tərəfdaşlarımıza göndəririk və onlardan İranı gərginliyi artırmağı dayandırmağa çağırırıq”, - o vurğulayıb. Вернуться назад |