Главная > Dünya > Snup Doqun Olimpiadadakı gündəlik qazancı heyrətə gətirdi

Snup Doqun Olimpiadadakı gündəlik qazancı heyrətə gətirdi


6-08-2024, 18:00. Разместил: azadses
ABŞ-li reper Snup Doq 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarında gündə 500 min dollardan çox qazanır.

Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, bunu sahibkar Henri MakNamara bildirib.

"Snup Doqa gündə 500 000 dollar və Olimpiadanın təşviqi üçün xərclər ödənilir. Bu nə dünyadır?!", - MakNamara sosial şəbəkə hesabında yazıb.

Bu məlumat doğrudursa, musiqiçinin Olimpiadanın sonunda qazancı 8,5 milyon dollardan çox olacaq.

Qeyd edək ki, Oyunların açılışı günü Snup Doq Parisin ətraf ərazilərindən birində Olimpiya məşəlinin estafetində iştirak edib. O, həmçinin olimpiadalarda mütəmadi olaraq müxtəlif yarışlarda görüntülənib.


Вернуться назад