Главная > Dünya > Rusiyanın Çelyabinsk vilayətində ağır yol qəzası olub, 5 nəfər ölüb

Rusiyanın Çelyabinsk vilayətində ağır yol qəzası olub, 5 nəfər ölüb


6-08-2024, 12:09. Разместил: azadses
Rusiyanın Çelyabinsk vilayətində ağır yol-nəqliyyat hadisəsində beş nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Çelyabinsk vilayətinin Dolqoderevenski - Arqayaş avtomobil yolunda “VAZ 2115” və “Kia Cerato” markalı iki minik avtomobili toqquşub”, – məlumatda deyilir.

Qəza nəticəsində beş nəfərin həlak olduğu, daha bir nəfərin xəsarət aldığı bildirilir.

Məlumata görə, hazırda hadisə yerində xilasedicilər işləyir, həlak olanların meyitlərinin çıxarılması işləri aparılır.


Вернуться назад