Главная > Dünya > Çinin cənub-qərbində torpaq sürüşməsi azı 10 nəfərin həyatına son qoyub

Çinin cənub-qərbində torpaq sürüşməsi azı 10 nəfərin həyatına son qoyub


6-08-2024, 10:29. Разместил: azadses
Çinin cənub-qərbindəki Sıçuan əyalətindəki Qantszi-Tibet Muxtar Dairəsinin Kandin şəhərində daşqın və sel nəticəsində azı 10 nəfər ölüb, 17 nəfər itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə “Xinxua” agentliyi məlumat yayıb.

Sel körpünü uçurub və iki magistral tuneli dağıdıb. Jidi kəndində də evlərə ziyan dəyib.

Agentlik qeyd edib ki, körpü uçan zaman içərisində 11 nəfərin olduğu 4 avtomobili sel aparıb. Onlardan 3 nəfərin öldüyü elan edilib, 1 nəfər xilas edilib, qalan 7 nəfər itkin düşmüş hesab olunur. Jididə 7 nəfər ölüb, daha 10 nəfər itkin düşüb.

Hündür dağ şəraiti ilə əlaqədar həyata keçirilməsi çətinləşən fəlakət zonasında axtarış-xilasetmə işləri davam etdirilir. Axtarış əməliyyatlarında dronlardan istifadə edilir.


Вернуться назад