Главная > Dünya > Yaponiyanın üç ən böyük kommersiya bankının səhmləri ucuzlaşıb
Yaponiyanın üç ən böyük kommersiya bankının səhmləri ucuzlaşıb5-08-2024, 11:17. Разместил: azadses |
Yaponiyanın meqabanklar kimi tanınan üç ən böyük kommersiya bankının səhmlərinin dəyəri bazar ertəsi keçirilən ticarətdə kəskin ucuzlaşıb. “Report” xəbər verir ki, yerli vaxtla saat 10:12-yə (Bakı vaxtı ilə 05:12) “Mitsubishi UFJ Financial Group”un qiymətli kağızlarının dəyəri 13,91% azalıb. “Sumitomo Mitsui Financial Group”un səhmləri 15,27%, “Mizuho Financial Group”un səhmləri isə 13,55% azalma göstərir. Yerli müşahidəçilər Tokio birjasındakı çöküşü avqustun 2-də əmək bazarı statistikasının bazar gözləntilərindən aşağı olduğu ABŞ-da mümkün tənəzzüllə bağlı narahatlıqlarla izah ediblər. Qeyd edək ki, Asiyanın ən böyük Tokio Birjasının kotirovkaları ticarətin açılışında çöküb. Вернуться назад |